|
Facebook sosial şəbəkəsinin
tərtibatçıları PHP proqram dilində
yazılmış kodu C++ dili koduna
çevirən və bununla da əlavələrin
işini sürətləndirən HipHop for PHP
proqram platformasını təqdim
ediblər.
Yeni platformanın çıxış kodlarının
açıq olduğundan sözügedən layihənin
inkişafında istənilən istifadəçi
iştirak edə bilər.
HipHop PHP dünyanın ən iri sosial
şəbəkəsinə onun veb-serverlərindəki
prosessorlarının yüklənməsini iki
dəfə azaltmaq, habelə ay ərzində 400
milyard PHP-səhifələrin açılma
sürətini artırmaq imkanı verib. Belə
vəziyyətdə server sayına olan
tələbat azalmaqla şirkətin xərcləri
də azalıb.
İki il ərzində işlənib hazırlanan
layihə hazırda 300 min kod
səhifəsindən ibarətdir və bu günə
kimi beş mindən çox sınaq işlərindən
keçib. Bəzi məhdudiyyətlərlə işləyən
HipHop for PHP C++ dili üçün çox
mürəkkəb və ya sürətsiz PHP
konstruksiyaları emal etmir.
PHP – veb-işləmənin ən tanınmış
dillərindən biridir. Bu platforma 20
milyondan çox saytda istifadə
olunur.
Mənbə:
Azərbaycan Respublikası RİTN
|