|
İnternet “kommunikasiyalar üzrə
dialoq, müzakirələr və konsensusun
əldə olunmasını təşviq etdiyinə”
görə Nobel Sülh Mükafatı
nominasiyası üzrə irəli sürülüb.
Nobel Sülh Mükafatının alınması üçün
Qlobal Şəbəkənin namizədliyini
tanınmış Wired jurnalının
İtaliyadakı nəşriyyatı irəli sürüb
və qeyd edib ki, dünyada inqilab
yaradan internet demokratiyanın
yayılması istiqamətində mühüm rol
oynaya bilib.
Şəbəkənin namizədliyini 2003-cü ilin
Nobel Mükafatı laureatı Şirin Ebadi
və onkologiya sahəsində tədqiqatları
ilə tanınan italiyalı cərrah Umberto
Veronezi dəstəkləyiblər.
Wired Italy həmçinin Qlobal
Şəbəkənin 2010-cu ilin sentyabr
ayında keçiriləcək Nobel Sülh
Mükafatına laureat kimi dəstəyi
kompaniyasına başlayıb.
Mənbə:
Azərbaycan Respublikası RİTN
|