ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

İKT XƏBƏRLƏR

05.02.2010

YouTube video-kirayədən cəmi $ 10 min qazana bilib

Qlobal Şəbəkənin ən iri video-hostinqi olan YouTube resursu video-kirayə funksiyasını istifadəyə verdiyi 10 gün ərzində cəmi 10709, 16 ABŞ dolları qazanıb. Qeyd edək ki, sözügedən funksiya çərçivəsində bir filmin tamaşası 3 dollar 99 sent təşkil edir. Beləliklə xidmət cəmi 2684 dəfə istifadə olunub. Bununla yanaşı YouTube nümayəndələri qeyd edirlər ki, yeni servis üzrə gəlirlər proqnozları üstələyə bilib. Onların sözlərinə görə, istənilən onlayn-filmin tamaşası yeni və bir çox istiqamətlərdə sınanmamış xidmət olaraq qalır.

Bununla yanaşı qeyd etmək lazımdır ki, ABŞ-ın ən iri Netflix video-kirayə servisi bir qədər bundan 6 milyon abunəçisinin onlayn-filmlərə baxdığını bildirib.

YouTube-un video-kirayə xidmətindən əldə etdiyi gəlirin kiçik olması çox güman ki servisin hələ ki eksperimental rejimdə işləməsi və yalnız Sundance festivalının beş filmini təqdim etməsi ilə bağlı ola bilər. Hazırda isə bu xidmətin fəaliyyəti dayandırılıb.

YouTube-la iri kinostudiyalar arasında danışıqların aparıldığına baxmayaraq video-hostinqin onlarla tez bir zamanda əməkdaşlıq edəcəyi gözlənilmir. İnternetin video-nəhənginin video-kirayə bazarında ilk tərəfdaşları təhsil, multiplikasiya, eləcə də səhiyyə haqqında filmlərin müəllifləri olacağı bildirilir.

 

 

Mənbə: Azərbaycan Respublikası RİTN

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

HAVA HAQQINDA

Naxçıvan +19°C +36°C
Şərur +13°C +30°C
Babək +12°C +30°C
Ordubad +14°C +31°C
Culfa +14°C +31°C
Kəngərli +13°C +30°C
Şahbuz +12°C +28°C
Sədərək +12°C +28°C

VALYUTA MƏZƏNNƏSİ

USD 0.8037 AZN
EUR 1.0351 AZN
RUR   0.0263 AZN
GBR 1.2269 AZN

TELEFON BORCUNU ÖYRƏN

Axtarış sistemindən istifadə etmək üçün telefon nömrənizi daxil edin

 

© Copyright 2006-2009 Naxçıvan MR RİTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RİTN - Nakhİnternet.AZ