|
Akamai Technologies şirkətinin
apardığı son araşdırmalar
nəticəsində Cənubi Koreya və
Yaponiyanın vətəndaşların internetə
qoşulmalarının orta sürəti üzrə
dünyada lider olduqları müəyyən
olunub.
Şirkətin təqdim etdiyi hesabatda,
Cənubi Koreya bu göstəriciyə görə
birinci olub – ölkədə orta internetə
qoşulma sürəti saniyədə 14,6 meqabit
təşkil edir. Yaponiya isə ikinci
yerdədir – saniyədə 7,9 meqabit.
Bunlardan sonra siyahıda Honkonq,
Rumıniya, İsveç, İrlandiya,
Niderland, İsveçrə, Danimarka və
Çexiya yer alıblar. ABŞ isə 3,9 mb/s
orta qoşulma sürəti ilə yalnız 18
yeri tuta bilib.
Qeyd edək ki, Cənubi Koreyada
internet-qoşulmaların 74 faizi
genişzolaqlıdır. Yaponiyada bu
göstərici 60, Honkonqda isə 46
faizdir.
Mənbə:
Azərbaycan Respublikası RİTN
|