|
Cisco şirkəti iri internet
provayderləri üçün yeni
marşrutlayıcı (router) təqdim
edib. Cisco Carrier Routing System
(CRS) 3 adlı qurğu əvvəlki
modellərdən fərqli olaraq 12 dəfə
daha çox həcmli məlumat emal etmək
imkanına malikdir. Şirkətdə qeyd
edirlər ki, yeni qurğu verilənlərin
emalı sahəsində mövcud modellər
arasında ən məhsuldarıdır. Cisco-nun
icraçı direktoru Con Çembersin
fikrincə, CRS-3 gələcək nəsil
internetin əsasını təşkil edəcək. O
hesab edir ki, Qlobal Şəbəkənin
gələcəyi video-texnologiyaların
inkişafından asılıdır.
CRS-3 sonuncu istifadəçiləri bir
qiqabit həcmli internet-kanallarla
təmin edə bilər. Belə vəziyyətdə bir
marşrutlayıcı misal üçün ABŞ-ın ən
iri şəhərlərindən biri olan
San-Fransiskodakı bütün evləri
internetlə təchiz etmək üçün kifayət
edəcək. Bu gün çox hallarda
istifadəçilərə saniyədə 10/100
meqabit keçirtmə qabiliyyətli
internet-kanallar təqdim olunur.
Cisco-nun təqdim etdiyi
marşrutlayıcının maksimal keçirtmə
qabiliyyəti isə saniyədə 322
terabitədək çatdırıla bilər.
Müqayisə üçün qeyd edək ki, bu cür
həcm göstəricisi Çinin 1,3
milyarddan çox əhalisini
video-rabitə ilə təmin etmək, eləcə
də tarix boyu lentə alınmış bütün
bədii filmləri şəbəkə üzərindən 4
dəqiqəyə ötürmək üçün kifayət edər.
Cisco-nun yeni məhsulunun ABŞ-ın ən
iri telekommunikasiya
operatorlarından biri olan AT&T
şirkətinin şəbəkəsi üzərindən
aparılan sınaq işləri zamanı CRS-3
dünyada ilk saniyədə 100 qiqabit
keçirtmə qabiliyyətli magistral
şəbəkənin yaradılması üçün istifadə
olunmuşdur.
Yeni marşrutlayıcının qiyməti isə 90
min ABŞ dollarından başlayacaq.
Mənbə:
Azərbaycan Respublikası RİTN
|