|
Dünyada beş nəfərdən dördü internetə
çıxışı əsas insan haqlarından biri
hesab edir. Bu nəticələr BBC media
şirkətinin 26 ölkədə 27 mindən çox
insan arasında apardığı sorğu
əsasında əldə olunub.
Sorğunun nəticələri onu göstərir ki,
həm inkişaf etmiş həm inkişafda olan
ölkələrin əksər əhalisi bu
informasiya mənbəyinə çıxışı
həyatlarının vacib hissəsi kimi
dəyərləndirir.
Xatırladaq ki, Finlandiya və
Estoniya öz konstitusiyalarına
Qlobal Şəbəkəyə çıxışı
vətəndaşlarının ayrılmaz haqları
kimi təqdim edən müddəalar əlavə
ediblər.
BMT kimi nüfuzlu beynəlxalq
təşkilatlarda da həmçinin
informasiya şəbəkələrinə çıxış
hüquqlarının universal xarakter
almasına çalışırlar.
İnternet tarix boyu yaranan
maarifləndirici mənbələr arasında ən
effektlisidir və hökumətlər
“interneti yollar və
kanalizasiyalarla yanaşı cəmiyyətin
əsas infrastrukturu kimi qəbul
etməlidir”, - deyə BMT-nin
Beynəlxalq Telekommunikasiya
İttifaqının başçısı Hamədun Ture
vurğulayıb.
Bununla yanaşı Qlobal Şəbəkənin
dövlət tərəfindən nəzarət
olunub-olunmadığına dair fikirlər
ayrılır. Belə ki, Cənubi Koreya və
Nigeriya istifadəçiləri hakimiyyət
tərəfindən informasiya şəbəkələrinin
nəzarət olunmasına dair istənilən
müdaxilə cəhdinə öz etirazlarını
bildiriblər. Çin və bir çox Avropa
ölkələrində isə sorğu
iştirakçılarının əksəriyyəti başqa
cür fikirləşir. Misal üçün
Britaniyada respondentlərin 55 faizi
dövlətin internetin tənzimlənməsi
istiqamətində hansısa bir müdaxilə
formasını məqsədəuyğun hesab edib.
Sorğu nəticəsində həmçinin məlum
olub ki, internet ən müxtəlif
ölkələrdə həyatın vacib hissəsinə
çevrilir. Rusiya, Meksika və
Yaponiyada sorğu iştirakçılarının
təxminən dörddə üç hissəsi
həyatlarını internetsiz təsəvvür edə
bilmədiklərini söyləyiblər.
Eyni zamanda bir çox istifadəçilər
Qlobal Şəbəkəyə çıxışla bağlı
təhlükələrə dair narahat olduqlarını
bildiriblər. Burada söhbət əsasən
dələduzluq və fərdilik qaydalarının
pozulması təhlükəsi, eləcə də
pornoqrafik və zorakılıq xarakterli
kontentin təbliğindən gedir.
Mənbə:
Azərbaycan Respublikası RİTN
|