ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

İKT XƏBƏRLƏR

10.03.2010

ABŞ internet texnologiyaların İran, Sudan və Kubaya ixracatına icazə verib

Martın 8-də ABŞ Maliyyə Nazirliyi internetdə elektron poçt və sosial şəbəkələrlə işləmək imkanları üzrə İT-xidmətlərin və proqram təminatlarının İran, Sudan və Kubaya ixracına dair qadağanı ləğv edib.

Sözügedən məhdudiyyətlərin aradan qaldırılması ilə Amerika İT-şirkətləri Kuba, İran və Sudandakı internet istifadəçilərinə elektron poçt, sosial şəbəkələr, ani ismarıc, foto-, video və musiqili kontent mübadiləsi proqramları, eləcə də digər servislər üzrə əlavə xidmətlər təqdim edə biləcəklər.

ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, artıq 8 mart tarixindən şirkətlər və özəl sahibkarlar adları çəkilən ölkələrə proqram və müvafiq texnologiyaların ixracına dair xüsusi lisenziyalar əldə edə bilərlər.

“Bu qərar (ixraca icazə) İran, Sudan və Kubadakı insanlar üçün internetə çıxışı, bir-birləri, eləcə də dünyanın digər hissələri ilə ünsiyyəti asanlaşdıracaq”, - RİA Novosti informasiya agentliyi ABŞ maliyyə nazirinin müavini Nila Volinanın qurumun yaydığı bəyanatda qeyd olunduğu sözlərindən sitat gətirib.

 

 

Mənbə: Azərbaycan Respublikası RİTN

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

HAVA HAQQINDA

Naxçıvan +19°C +36°C
Şərur +13°C +30°C
Babək +12°C +30°C
Ordubad +14°C +31°C
Culfa +14°C +31°C
Kəngərli +13°C +30°C
Şahbuz +12°C +28°C
Sədərək +12°C +28°C

VALYUTA MƏZƏNNƏSİ

USD 0.8037 AZN
EUR 1.0351 AZN
RUR   0.0263 AZN
GBR 1.2269 AZN

TELEFON BORCUNU ÖYRƏN

Axtarış sistemindən istifadə etmək üçün telefon nömrənizi daxil edin

 

© Copyright 2006-2009 Naxçıvan MR RİTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RİTN - Nakhİnternet.AZ