|
Google şirkəti internetdə tam yeni
sistem yaratmaq niyyətindədir.
Sistem Google axtarış servisinə
saytlarda yaranan tam yeni kontentin
əməli olaraq real zaman rejimində,
yəni bir neçə saniyə ərzində
siyahıya alınmasını təmin etməyə
kömək edəcək.
Hələ ötən il Google PubSubHubbub
(PuSH) adlı yeni ani siyahıya alınma
protokolunun işlənib hazırlanması
barədə məlumat vermişdir. Bu
protokolu axtarış sistemləri üçün
standart hesab olunan axtarış
robotlarının (web crawler) köməyi
ilə keçidlərin skanlanması üsulu
əvəzində Şəbəkədəki kontentin
siyahıya alınmasında istifadə etmək
mümkün olacaq.
Analitiklər hesab edir ki, təqdim
olunmuş həll Google-ın fəaliyyətində
tam “yeni səhifə” ola bilə.
Bu cür texnologiyanın işə salındığı
halda Google hər bir veb-sayta yeni
sistemi inteqrasiya etməyi təklif
edəcək və resurslarda yerləşdirilən
təzə kontent dərhal axtarış
sisteminin siyahısına daxil olacaq.
Mütəxəssislər qeyd edir ki,
texnologiya tanınmış RSS
protokolunun analogiyası üzrə tətbiq
olunacaq.
Həmçinin PuSH protokolu
istifadəçilərə müxtəlif saytlarda
qeydiyyatdan keçməyi təklif edən
Google Reader, Bloglines və Netvibes
kimi servislərə demək olar ki real
zaman rejimində yeni materiallar
əldə etmək imkanı verir.
Yeni layihənin uğurla həyata
keçəcəyi təqdirdə sistem nəinki
Google-ın özünə, həmçinin kiçik
veb-saytların sahiblərinin
fəaliyyətinə təsir göstərəcək.
Hazırda Google botları bəzi kiçik
veb-saytlara həftədə bir dəfədən çox
olmayaraq daxil olur. PuSH
sisteminin tətbiqi nəticəsində isə
Google bu cür səhifələrin
kontentlərini dərhal daxil edəcək
ki, belə vəziyyətdə iri
veb-nəşrlərin kontentin sürətli
siyahıya alınması kimi üstünlükləri
olmayacaq.
Həmçinin qeyd etmək lazımdır ki,
PuSH açıq protokoldur, bu sistemi
həmçinin şirkətin bütün rəqibləri
istifadə edə biləcəklər, o cümlədən
Yahoo! və Bing daxil olmaqla.
Mənbə:
Azərbaycan Respublikası RİTN
|