|
Apple korporasiyası HTC smartfon
istehsalçısına dair məhkəmə iddiası
irəli sürüb. Apple-də qeyd edirlər
ki, HTC iPhone mobil telefonunun
istehlakçı interfeysi, eləcə də onun
arxitekturası və aparat təminatına
aid 20 patenti icazəsiz istifadə
edib.
Apple-nin icraçı direktoru Stiv
Cobsun sözlərinə görə onun şirkəti
rəqiblər tərəfindən Apple-yə məxsus
texnologiyaların mənimsənilməsinə
tamaşa etmək niyyətində deyil.
Delaver şəhərinin dairə məhkəməsinə
təqdim olunan iddia ilə yanaşı
müvafiq şikayət ərizəsi həmçinin ABŞ
Ticarət Komissiyasına da verilib.
Apple-nin bu məsələ ilə bağlı
yaydığı pres-relizdə HTC tərəfindən
icazəsiz tətbiq olunan konkret
patentlər göstərilib. Şirkət hesab
edir ki, onun patent hüquqları
sensor ekranlı telefonlarda tətbiq
olunan texnologiyalarla aiddir.
Onlardan biri olan 7479949
saylı patentdə sensor qurğunun iş
prinsipi və istifadəçi interfeysi
təsvir olunur.
Xatırladaq ki, bu Apple və rəqib
telefon istehsalçıları arasında
yaşanan ilk patent mübahisəsi deyil.
Belə ki, 2010-cu ilin oktyabr ayında
Finlandiyanın Nokia şirkəti Apple-ni
10 patentin icazəsiz istifadə
olunmasında günahlandırmışdır.
Noyabrda isə Apple Nokia tərəfindən
onun 13 patent hüququnun pozulması
ilə bağlı cavab iddiası irəli
sürmüşdür.
Mənbə:
Azərbaycan Respublikası RİTN
|