|
Dilmanc səsin tanınması sisteminə
kompüterin səsli komanda ilə idarə
olunması modulu inteqrasiya
olunacaq. Bu barədə Dilmanc
layihəsinin məlumatında bildirilir.
Hazırda layihənin mütəxəssisləri
tərəfindən sistemin
təkmilləşdirilməsi istiqamətində
işlər görülür. Təkmilləşdirilmiş
sistemin köməyi ilə gələcəkdə səsli
komandalar vasitəsilə elektron
poçtla idarə etmək, internetdə
axtarış aparmaq, müxtəlif
proqramlarla işləmək və digər
müxtəlif əməliyyatlar yerinə
yetirmək mümkün olacaq.
Dilmanc sisteminin imkanları
vasitəsilə Azərbaycan dilində 85
faizlik dəqiqliklə 130 min söz və
söz birləşmələri müəyyən edilir.
Sistemin səs filtri tələffüz
xüsusiyyətləri üzərində qurulur ki,
belə vəziyyətdə nitqi Windows
əməliyyat sistemi tərəfindən
dəstəklənən istənilən redaktədə
mətnə çevirmək mümkün olur. Sistemin
yaradılması zamanı 1500 insanın
səslərindən istifadə olunub.
Dilmanc layihəsi çərçivəsində
işlənib hazırlanmış bu yeni sistem
mətnin mikrofon vasitəsilə yığılması
üçün faydalıdır, iri həcmli
cümlələrin elektron şəklə çevrilmə
sürəti isə 16 saniyə təşkil edir.
Dilmanc səsin tanınması sisteminin
ilkin versiyası cari ilin sonuna
kimi ümumi istifadə üçün təqdim
olunacaq.
Mənbə:
Azərbaycan Respublikası RİTN
|