ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

02.03.2010

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaranmasdan altı il keçir

27 fevral 2010-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaranmasının 6-illiyi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəssisələrindən nümayəndələr dəvət olunmuşdur. Tədbiri giriş sözü ilə açan nazir R.Məmmədov  altı illik fəaliyyətdən bəhs etmişdir.

Bu gün Azərbaycan Respublikası Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yolla sürətlə inkişaf edir. Naxçıvan Muxtar Respublikasında da bu irs Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilir.

2009-cu ilin avqust ayında Naxçıvan Muxtar Respublikasının yaranmasının 85 illik yubiley tədbirlərində iştirak edərkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları muxtar respublikada həyata kecirilən hərtərəfli quruculuq tədbirlərini yüksək qiymətləndirərək demişdir: “Naxçıvanda çox geniş quruculuq və abadlıq işləri aparılır, şəhər gözəlləşir, yeni binalar tikilir, köhnə binalar təmir edilir. Bir sözlə hər bir Naxçıvan sakini əldə edilmiş bu uğurlarla haqlı olaraq fəxr edə bilər. Mən bütün Naxçıvanlıları bu böyük uğurlar münasibəti ilə təbrik etmək istəyirəm”.

Son on beş il ərzində Naxçıvan Muxtar Respublikasında sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, energetika və digər sahələrdə mühüm nailiyyətlər əldə edilmişdir. 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında  ilk dəfə olaraq Ümumi Daxili Məhsulun istehsalı 1 milyard  ABŞ dolları səviyyəsini üstələmişdir.  

2004-2008-ci illər üçün “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Naxçıvanda uğurla başa çatdırılmış, son illərdə bir çox göstəricilərə görə Naxçıvan iqtisadi rayonu lider mövqeyini qoruyub saxlamışdır.

2009-cu il dekabr ayının 28-də üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası keçirilmişdir. Sesiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov    2009-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları haqqında geniş məruzə etmişdir. Ali Məclisin Sədri məruzəsində muxtar respublikanın bütün sahələrinin dərin təhlilini verərək, il ərzində əldə edilmiş uğurları qeyd etmiş,  qarşıda duran vəzifələrin istiqamətlərini müəyyənləşdirmişdir.

Ali Məclisin Sədri sessiyada rabitə və informasiya texnologiyaları haqqında danışarkən  demişdir: “Müasir dünyanı İnformasiya və kommunikasiya sistemlərinin inkişafı olmadan təssəvür etmək çətindir. İnformasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması istiqamətində tədbirlər görülmüş, Azərbaycan – Türkiyə optik kabel magistralının Naxçıvan seqmentinin yaradılması hesabına böyük tutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsi mümkün olmuşdur. Naxçıvan şəhərinin Əliabad qəsəbəsində 800, Sədərək rayonun Heydərabad qəsəbəsində 192, Ordubad rayonun Unus kəndində 256, Şərur rayonunun Oğuz kəndində 192 nömrəlik  yeni avtomat telefon stansiyaları istifadəyə verimişdir. 2009-cu ilin 11 ayı ərzində 2742 yeni telefon çəkilişi aparılmış, poçt və rabitə xidmətlərinin həcmi 2008-ci ilin müvafiq dövrü ilə müqaisədə 31 % artaraq 27milyon  649 min manat təşkil etmişdir”.

Naxçıvan Muxtar Respublikasınin hərtərəfli inkişafının təmin edilməsi istiqamətində həyata keçirilən islahatların tərkib hissəsi olaraq 28 fevral 2004-cü il tarıxdə Ali Məclis Sədrinin Fərmanı ilə  Naxçıvan Muxtar Respublikasının  Rabitə Nazirliyi ləğv edilərək, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdır.  Artıq nazirliyin yaradılmasından altı il keçir. Ötən altı il ərzində  muxtar respublika uçun mühüm əhəmiyyəti olan bir sıra  layihələrin həyata keçirilməsinə nail olunmuşdur.

Belə ki, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı“nın muxtar respublikaya aid bəndləri uğurla icra edilmişdir.

Bu mühüm dövlət sənədində Azərbaycanın mövcud potensialından səmərəli istifadə edilməsi onun inkişaf etdirilməsi, rabitə  informasiya texnologiyaları sahəsinin təşkilatı, hüquqi, texniki kadr baxımından modernləşdirilməsi, sahəyə yeni investisiyaların cəlb edilməsi və sahibkarlığın genişləndirilməsi, azad bazar sağlam rəqabət prinsiplərinin gözlənilməsi, sosial əhəmiyyətli layihələrin həyata keçirilməsi və nəticədə Azərbaycanda informasiya cəmiyyətinə keçid üçün baza yaradılması nəzərdə tutulurdu. Naxçıvan Muxtar Respublikasında muxtar respublika rəhbərliyi tərəfindən informasiya kommunikasiya texnologiyalarının inkişafına göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, son altı il çox əlamətdar olmuş, bütün sahələrdə yüksək irəliləyiş, yeniləşmə və inkişaf dövrü kimi yadda qalmışdır.

Ötən 6 il ərzində mövcud avtomat telefon stansiyaların nömrə tutumlarının artırılması, yeni avadanlıqların istifadəyə verilməsi nəticəsində ümumilikdə, 18 828 ədəd yeni telefon nömrəsi istismara verilmişdir.

Bu müddətdə muxtar respublikanın 80%-dən çox yaşayış ərazilərini əhatə edən CDMA texnologiyasına əsaslanan simsiz rabitə şəbəkəsi istifadəyə verilmişdir. Artıq Naxtel abunəçilərinin sayı 5000-i ötmüşdür. Bu şəbəkə üzərindən simsiz internet xidmətinin yaradılması informasiya cəmiyyətinə keçid ərəfəsində muxtar respublika əhalisinin internetə çıxışını daha da asanlaşdırmışdır. Əhəmiyyəti və aktuallığı nəzərə alınaraq, həmin layihələr iki il ardıcıl olaraq Azərbaycan Layihələrin idarə edilməsi Assosasiyası və İT maqazin jurnalının təsis etdiyi İKT üzrə İntelekt-2007 və İntelekt-2008 mükafatlarına təqdim edilmişdir.

Naxçıvan şəhərində ALCATEL S-12 tipli stansiyasının tutumu da ötən müddət ərzində hər il artırılmış, hazırda 2544 nömrəyə çatdırılmışdır. Bu stansiyanın üzərinə nömrəni avtomatik təyin edən avadanlıqlar quraşdırılmışdır.

Bu illər ərzində muxtar respublikanın bütün yaşayış məntəqələrinin telefonlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.

Ötən müddətdə Naxçıvan şəhərinin  Qaraçuq kəndində 608,  Əliabad qəsəbəsində 800 nömrə tutumlu yeni avtomat telefon stansiyaları quraşdırılmış, qəsəbədə  rabitə evi tikilərək istifadəyə verilmişdir.

Babək rayonun Aşağı Buzqov kəndində 384, Güznüt kəndində 400, Şıxmahmud kəndində 384, Vayxır kəndində 400, Didvar kəndində 608, Zeynəddin kəndində 400 nömrə tutumlu yeni avtomat telefon stansiyaları quraşdırılıb istifadəyə verilmiş, Naxışnərgiz kəndi telefonlaşdırılmış, Sirab kəndində 100 nömrəlik yeni ATS, 200 nömrəlik daha müasiri ilə əvəz olunmuş, Kərimbəyli ATS-nin tutumu 512, Nehrəm kənd ATS-i 1536 nömrəyə çatdırılmış, rayonun Sirab kəndində yeni rabitə evi yaradılmışdır.

Şərur rayonunda 4 yeni avtomat telefon stansiyası – Alışar kəndində ümumi tutumu 400 nömrəlik, Ələkli kəndində 400, Düdəngə kəndində 608, Oğuz kəndində 192  nömrə tutumlu ATS-lər quraşdırılıb istifadəyə verilmiş, Kürkənd, Aşağı Daşarx, Yeni Havuş, Xətai, Xələc, Oğuz kəndləri telefonlaşdırılmış, Danyeri ATS-nin nömrə tutumu əlavə avadanlıq qoyulmaqla 224 nömrə artırılmış, rayonun Şərur rayonun Tumaslı və Oğuz kəndlərində  yeni rabitə evləri istifadəyə verilmişdir.

Kəngərli rayon ərazisində yerləşən ATS-lər vahid “KAREL DS-200” tipli sistemə keçirilmişdir. Kəngərli rayonunun Təzəkənd kəndində 192, Qıvraq kəndində 1136 nömrəlik yeni elektron avtomat telefon stansiyaları istifadəyə verilmişdir.

Ordubad rayonunun Baş Dizə kəndində 192, Şəhriyar qəsəbəsində 400 nömrəlik ATS qurularaq Rabitə Evi tikilmiş, Ordubad rayonunun Əylis kəndində 400, Xurs kəndində 192, Unus kəndində 256 nömrəlik yeni elektron avtomat telefon stansiyaları istifadəyə verilmişdir.

Şahbuz rayonunun Aşağı Qışlaq kəndində 400, Qarababa kəndində 400 nömrəlik avtomat telefon stansiyaları istifadəyə verilmiş, bundan başqa Şahbuz rayonunun mərkəzində iki mərtəbəli Rabitə Evinin inzibati binası əsaslı təmir olunmuş, Badamlı qəsəbə və Badamlı kəndində yeni rabitə evləri istifadəyə verilmiş,  mövcud və yeni yaradılan poçt bölmələri lazımı  avadanlıqlar və müxtəlif reklam lövhələri ilə təchiz edilmişdir.

Sədərək rayonun Heydərabad qəsəbəsində 192 nömrə tutumlu ATS də son bir ildə qurularaq istismara verilmişdir

Ümumilikdə 2004-2009-cu illər ərzində 23 yeni avtomat telefon stansiyaları istifadəyə verilmişdir.   

Son illər muxtar respublikamızda aparılan möhtəşəm quruculuq tədbirləri nəticəsində muxtar respublikada kənd əhalisinin rahatlığı üçün gözəl, yaraşıqlı kənd mərkəzləri tikilir. Bununla əlaqədar son dövrdə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində, Şərur rayonunun Tənənəm, Cəlilkənd, Aralıq, Axura, Vərməziyar, Qarxun, Aşağı Yaycı, Zeyvə, Oğuz, Tumaslı, Aşağı Daşarx, Culfa rayonunun Yaycı, Bənəniyar, Göydərə, Əbrəqunus, Ərəfsə, Ərəzin, Ordubad rayonunun Düylün, Biləv, Bist, Kotam,  Şahbuz rayonun Şada, Biçənək, Kolanı, Badamlı kənd və Badamlı qəsəbə, Babək rayonunun Cəhri, Vayxır, Şıxmahmud, Zeynəddin, Məmmədrzadizə, Sirab, Kəngərli rayonunun Böyükdüz, Qarabağlar, Qıvraq kənd ATS-ləri və poçt bölmələri də yeni kənd mərkəzlərinə köçürülmüşdür.

Yeni rabitə obyektlərinin istifadəyə verilməsi ilə altı ildə 82 yeni  iş yeri açılmışdır.

NTV, İctimai TV , AzTV televiziya proqramlarının Naxçıvan MR ərazisində keyfiyyətini yüksəltmək məqsədi ilə 11 ədəd yeni vericilər istifadəyə verilmişdir. AzTV üçün istismar olunan bütün azgüclü ötürücülərdə peyk sistemi tətbiq olunmuşdur.

Təkcə ötən il televiziya yayımının genişləndirilməsi və efir məkanında informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə muxtar respublika ərazisində 5 ədəd ( 2 ədəd 5 Kvt gücündə  Duzdağ RTVS-də,  1 ədəd 2 Kvt  Şərur rayon İbadulla RTVS-də, 1 ədəd 1 Kvt Culfa şəhərində,  1 ədəd 2 Kvt Ordubad rayon Dəstə RTVS-də) yeni televiziya verici qurğuları quraşdırılmışdır.

“Azad Azərbaycan” Müstəqil Teleradio, “LİDER” Media Holdinq və “İctimai” Televiziya və Radio şirkətinin TV və FM proqramları və “ANTENN” FM, “Space” TV proqramlarının Naxçıvanda yayımlanması üçün tezlik kanalları ayrılaraq qeydiyyatdan keçirilmişdir.

Optik xətlərin istifadəyə verilməsi ilə əlaqədar NTV, “Kanal-35” televiziyalarının Naxçıvan və “Naxçıvanın səsi” radiolarının studiyalardan Duzdağ və Dəstə Radio-Televiziya Verici Stansiyalarına ötürülməsi artıq optik çeviricilər vasitəsi ilə həyata keçirilir.

2005-ci il 15 iyun “Milli Qurtuluş” günü bayram şənlikləri muxtar respublikanın tarixində ilk dəfə olaraq yeni texnologiyanın tətbiqi ilə canlı efirə verilmişdir.

2006-cı ildə “Bakcell” və “Azerfon” mobil operatorlarına muxtar respublika ərazisində fəaliyyət göstərmələri üçün lisenziya verilmişdir. Hazırda muxtar respublika ərazisində 4 mobil operator fəaliyyət göstərir. Bu operatorlar 250 min-dən çox istifadəçiyə xidmət göstərirlər.

Ötən altı ilin ən mühüm hadisələrindən biri də Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 35 illiyi münasibəti ilə 14 iyul 2004-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində “Kanal-35” televiziyasının fəaliyyətə başlaması olmuşdur. Televiziyanın açılış mərasimində iştirak edən Ali Məclisin Sədri özünün tapşırıq və tövsiyyələri ilə kanalın gələcək fəaliyyətinin istiqamətlərini müəyyənləşdirmişdir. Həmin il “Kanal-35” TV üçün Duzdağ, Dəstə, İbadulla və Sədərək Radio-Televiziya Verici Stansiyasında 4 ədəd ötürücü quraşdırılmışdır. 2004-cü ilin sonunda isə “Naxçıvanın səsi” radiosu fəaliyyətini Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərkibində davam etdirməyə başlamışdır.

Ötən illər ərzində “Kanal-35” televiziyasının və “Naxçıvanın səsi” radiosunun maddi texniki bazası daha da təkmilləşdirilmiş, yeni avadanlıqlar alınmış, televiziyanın tərkibində tərcümə studiyası yaradılaraq efirə verilən elmi və sənədli filmlərin hamısının azərbaycan dilinə tərcümə edilməsi təmin edilmişdir. “Naxçıvanın səsi” radiosunun internet üzərindən dinlənə bilməsi üçün muxtar respublikanın baş portalı www.nakhchivan.az–da xüsusi sürgü yerləşdirilmişdir.

2005-ci il iyun ayının 1-dən etibarən muxtar respublika  rabitə şəbəkəsi 6 rəqəmli nömrələmə rejiminə keçilmiş, bu isə Naxçıvan Muxtar Repsublikada nömrələmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, əlavə otuz min nömrə ehtiyyatının yaranmasına səbəb olmuşdur. Həmçinin yeni yaradılmış Kəngərli rayonuna ayrıca 48 prefiksinin verilməsinə şərait yaranmışdır.

2005-2008-ci illər üçün Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramında nəzərdə tutulan Naxçıvan Muxtar Respublikasının telekommunikasiya şəbəkəsinin Trans-Asiya-Avropa (TAE) magistralı üzərindən təşkili layihəsi uğurla başa çatdırılmışdır. Uzunluğu 134 km olan və Naxçıvan ərazisindən keçməklə İran və Türkiyə üzərindən keçən beynəlxalq xəttlərə qoşulan bu optik magistral bölgə ölkələri üçün mühüm əhəmiyyətə malikdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun layihəyə verdiyi önəmin nəticəsi olaraq Türktelekom tərəfindən bu xəttin tikintisinə 550 min ABŞ dolları dəyərində investisiya qoyulmuşdur. Bu xəttin tikintisinin başa çatdırılması ilə muxtar respublika şərqdən qərbə uzanan virtual ipək yolunun bir parçasına çevrilmiş və bölgədə ilk dəfə onun tranzit imkanları yaranmışdır. 2007-ci ildə uzunluğu 44 km olan Culfa-Ordubad optik xəttinin tikintisinin başa çatdırılması və bu xəttlər boyunca yerləşən avtomat telefon stansiyaların optik xəttə qoşulması onların dayanıqlı və iri həcmli telekommunikasiya əlaqələrinin yaranmasına səbəb olmuşdur. Hazırda muxtar respublika ərazisində olan ATS-lərin 52% optik arabağlantılarla təmin edilmişdir. Muxtar respublikada optik xəttlərin geniş vüsət alması, burada fəaliyyət göstərən digər qurumlar üçün də əlverişli şərait yaratmışdır. Belə ki, “Təhlükəsiz şəhər”, “Bir pəncərə” gömrük nəzarət sistemi, müdafiə işləri ilə əlaqədar layihələr və s. mövcud optik şəbəkələrin təməli üzərində qurulur. Bütün bunlar isə Elektron hökümət və informasiya cəmiyyəti quruculuğunun əsasını təşkil edir.

Naxçıvanın telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi məqsədi ilə Naxçıvan-Türkiyə-Gürcustan-Bakı istiqamətində optik kabel üzərindən STM16 səviyyəli rabitə kanalları yaradılmış, bundan əlavə  Naxçıvan – İran – Bakı istiqamətində yeni STM 16 səviyyəli telekommunikasiya əlaqələri təşkil edilməklə kəsintisiz dairəvi şəbəkə yaradılmışdır.

1999-cu ilin sentyabr ayında Naxçıvan şəhərində ilk Komputer Tədris Mərkəzinin açılışı mərasimində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri cənab Vasif Talıbov internetin müasir dünyada nə qədər əhəmiyyətli olduğunu, elmin, təhsilin inkişafında müstəsna rol oynadığını ifadə etmişdir. Artıq Ali Məclis Sədrinin bilavasitə himayəsi ilə muxtar respublikanın bütün ərazisində fəaliyyət göstərən internet şəbəkəsi mövcuddur. 2008-ci ildə daha da irəli gedilərək muxtar respublikanın 80%-ni əhatə edən simsiz internet avadanlıqları istifadəyə verildi. Bu gün artıq muxtar respublikaya daxil olan internet kanalının sürəti 8 Mbit/s-dən 155 mb/saniyəyə çatdırılmışdır.

Naxçıvan Dövlət Universitetində 2005-ci ildən başlayaraq hər il keçirilən “Elektron Naxçıvan” beynəlxalq konfransları genişzolaqlı internet üzərindən dünyanın və ölkəmizin bir çox universitetləri ilə videokonfrans əlaqələri yaradılır. Naxçıvanda olan 222 orta ümumtəhsil məktəbinin 190-nın internetdən istifadə etmək imkanları vardır. Muxtar Respublika əhalisinin hər min nəfərindən 110-u internetdən istifadə edir. Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində quraşdırılmış  DSLAM avadanlıqları üzərindən genişzolaqlı ADSL xidmətləri göstərilir.

Yeni xidmətlərin istifadəyə verilməsi, nömrə tutumunun artırılması, operatorlarla arabağlantı məsələlərinin həll edilməsi, optik kanalların icarəyə verilməsi nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə gəlirlər 2004-cü illə müqayisədə 2,5 dəfə artmışdır, pul baratlarının mübadiləsi 5,7 dəfə, poçt bağlamalarının mübadiləsi 4 dəfəyə yaxın artmışdır. Hər il muxtar respublikanın görkəmli şəxsiyyətlərin yubileyinə, tarixi abidələrə və təbiətə həsr edilmiş poçt markaları və poçt zərfləri sifarişlə hazırlanır.

Muxtar respublikanın baş internet portalı azərbaycan, rus və ingilis dillərində hazırlanaraq serverdə yerləşdirilmişdir. Heydər Əliyev muzeyi üçün hazırlanmış internet saytına qlobal şəbəkədən daxil olmaqla muzeyi virtual sayahət etmək mümkündür.

24-25 aprel 2009-cu il tarixdə Naxçıvan şəhərində “Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan” mövzusunda keçirilən beynəlxalq simpoziumun açılış mərasiminin internet üzərindən canlı yayımı təmin edilmişdir.

İstifadəçilərin borcları haqda məlumat almaları üçün 550 prefiksli sorğu xidməti yaradılmış, “Naxtel”-in aylıq və danışıq haqlarının bankomatlardan ödənilməsi üçün “Azərikart” müəssisəsi ilə müqavilə imzalanmışdır. Naxçıvan şəhərində və rayon mərkəzlərində telefon pullarının yığılması kompüterlər vasitəsi ilə təşkil edilmişdir. CDMA texnologiyasına əsaslanan “Naxtel” şəbəkəsinin genişləndirilməsi məqsədilə 2007-2009-cu illər ərzində 20 baza stansiyası istifadəyə verilmişdir.

Nazirliyin tərkibində rabitə qurğularının istehsalı sexi yaradılmış, orada abonent qutuları, paylayıcı şkaflar və stansiyaların elektrikdən və ildırımdan qorunması üçün qoruma sistemlərinin hazırlanması və istehsalı təşkil edilmişdir.

Son altı ildə Ali Məclis Sədrinin sərəncamı ilə rabitəçilərin əmək haqları 100% artırılmışdır. 2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müəssisələri üzrə işçilərin orta əmək haqqı 71,9 manat olduğu halda, 2009-cu ildə bu rəqəm 205,2 manat olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rabitəçilərin əməyinə veridiyi qiymətin nəticəsi olaraq bu müddət ərzində 4 nəfər “Əməkdar mühəndis”, bir nəfər “Əməkdar dövlət qulluqçusu”, bir nəfər Prezident təqaüdçüsü, beş nəfər “Tərəqqi” medalı, iki nəfər isə Ali Məclisin fəxri fərmanı ilə təltif edilmişlər.

2005-ci ilin sentyabr ayının 27-30-u arası Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi ilə Naxçıvan şəhərində “Kənd rabitəsi-perspektivlər və problemlər” mövzusunda beynəlxalq seminar keçirilmişdir. Seminarın işində 14 ölkədən 30 nəfər nümayəndə iştirak etmişdir. Seminarın açılış mərasimində Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri cənab Vasif Talıbov nitq söyləmiş və Naxçıvanda informasiya texnologiyalarının ən son naaliyyətlərinin tətbiq edilməsində dövlətin maraqlı olduğunu ifadə etmişdir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaranmasından ötən altı il ərzində baş vermiş ən mühüm hadisələrdən biri də Bakı şəhərində keçirilən XII Bakutel – 2006 beynəlxalq sərgisində Naxçıvan Muxtar Respublikası rabitə və informasiya texnologiyaları nazirliyinin təmsil olunması və sərgidə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərgi salonu və Naxçıvan Dövlət Univesiteti arasında təşkil edilmiş videokonfrans əlaqəsi vasitəsilə naxçıvanlıları salamlaması idi.

2009-cu ildə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu və onların struktur idarələrini əhatə edən korporativ kompüter şəbəkəsi nazirliyin mühəndisləri tərəfindən layihələndirilmiş və qurularaq istismara verilmişdir. Bundan əlavə Maliyyə, Vergilər nazirlikləri, DSMF, Mərkəzi Bank, Gömrük və Statistika komitələrini əhatə edən elektron sənəd dövriyyəsinin həyata keçirilməsi  üçün “Mail Server” işə salınmış, həmin müəssisələrdə şəbəkələr arası əlaqə yaradılaraq işçilərə müvafiq təlimatlar verilmişdir.  Həmcinin RİTN və onun müssisələri arasında MHM üzərindən şəbəkə qurularaq sənəd mübadiləsində kağızsız texnologiya tətbiq olunmağa başlanmışdır. Bunlar həm xərclərin azalması və həm də  muxtar respublikada elektron hökumət quruculuğunun bünövrəsi deməkdir.

Naxçıvan Dövlət Universitetində CİSCO texnologiyaları əsasında yaradılan  “Wi-Fi” internet  şəbəkə sistemi nazirliyin mühəndis və texniki işcilərinin dəstəyi  ilə qurulmuşdur.        

Nazirliyin internet səhifəsi yeni dizayn və tərkibdə yenidən hazırlanmışdır.

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya  Texnologiyaları Nazirliyi üçün “209”, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi üçün “234”,  Gəmiqaya MMC üçün isə 222  “Qaynar xətt” - 3 rəqəm- prefiksli telefon-sorğu xidmətləri istifadəyə verilmişdir.

2010-cu ilin fevral ayının 10-da Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin texniki binasının açılış mərasimi olmuşdur. Açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri cənab V.Talıbov öz tövsiyyə və tapşırıqlarını verməklə yanaşı, muxtar respublikanın inkişafında kommunikasiya texnologiyalarının mühim əhəmiyyətə malik olduğunu vurğulamışdır.

Bütün bunları ötən altı ildə görülən işlərə ötəri nəzər salmaq məqsədi ilə yada saldıq. Lakin unutmaq olmaz ki, qarşımızda müasir informasiya-kommunikasiya texnologiyalarından bəhrələnərək informasiya cəmiyyətinə keçidlə bağlı çox mühim vəzifələr durur.

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

HAVA HAQQINDA

Naxçıvan +19°C +36°C
Şərur +13°C +30°C
Babək +12°C +30°C
Ordubad +14°C +31°C
Culfa +14°C +31°C
Kəngərli +13°C +30°C
Şahbuz +12°C +28°C
Sədərək +12°C +28°C

VALYUTA MƏZƏNNƏSİ

USD 0.8037 AZN
EUR 1.0351 AZN
RUR   0.0263 AZN
GBR 1.2269 AZN

TELEFON BORCUNU ÖYRƏN

Axtarış sistemindən istifadə etmək üçün telefon nömrənizi daxil edin

 

© Copyright 2006-2009 Naxçıvan MR RİTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RİTN - Nakhİnternet.AZ