ANA SƏHİFƏ

AKTUAL

ELANLAR

ARXİV

SUAL-CAVAB

VAKANSİYA

LİNKLƏR

ƏLAQƏ

SON XƏBƏRLƏR

[

]

NAZİRLİYİN QƏBUL GÜNLƏRİ

''İndiki zamanda rabitə hər bir insan üçün lazım olan bir vasitədir''

Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri

SAYĞAC

XƏBƏRLƏR

05.02.2010

Naxçıvanda hər 100 nəfərdən 61-i mobil telefon istifadəçisidir

Əhalidə aktiv istifadədə olan mobil telefonların sayı  və hər  yüz nəfərə düşən stasionar telefon aparatlarının say göstəricisi informasiya texnologiyalarından istifadənin səviyyəsini, əhalinin yaşayış standartlarını  və rifahını xarakterizə edən mühüm göstəricilərdəndir.

Ötən dövrlə müqayisədə Naxçıvan Muxtar Respublikasında aktiv istifadədə olan mobil telefonların sayı artıb. Hazırda muxtar respublika əhalisinin 245 min 840 nəfəri mobil telefon istifadəçisidir. Regionda əhalinin hər 100 nəfərinə 61 mobil telefon düşür.

Naxçıvan Muxtar Respublikası üzrə hər yüz ailəyə düşən stasionar telefon aparatlarının sayı isə artaraq 63-ə çatıb.

Qeyd edək ki, 2009-cu ildə rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 31 milyon 120 min manat xidmət göstərilib. 2008-ci illə müqayisədə xidmətin həcmi 34 % artıb.

Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 2008-ci ildəki göstəricini  40 %  üstələyərək 26 milyon 447 min manat olub.

 

 

Mənbə: Naxçıvan MR RİTN - Mətbuat Xidməti

 

ELEKTRON POÇT XİDMƏTİ

İstifadəçi adı:
Şifrə:

HAVA HAQQINDA

Naxçıvan +19°C +36°C
Şərur +13°C +30°C
Babək +12°C +30°C
Ordubad +14°C +31°C
Culfa +14°C +31°C
Kəngərli +13°C +30°C
Şahbuz +12°C +28°C
Sədərək +12°C +28°C

VALYUTA MƏZƏNNƏSİ

USD 0.8037 AZN
EUR 1.0351 AZN
RUR   0.0263 AZN
GBR 1.2269 AZN

TELEFON BORCUNU ÖYRƏN

Axtarış sistemindən istifadə etmək üçün telefon nömrənizi daxil edin

 

© Copyright 2006-2009 Naxçıvan MR RİTN

Dizayn tərtibatı və proqramlaşdırma: Naxçıvan MR RİTN - Nakhİnternet.AZ