|
Naxçıvan
Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində
2009-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
İclasda geniş məruzə ilə çıxış edən nazir Rövşən Məmmədov ötən il üçün
“Tədbirlər planı”nın icrası və üçüncü çağırış Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin altıncı sessiyasının qarşıya qoyduğu
vəzifələrin həyata keçirilməsi istiqamətində həyata keçirilən
tədbirlərdən danışıb.
2009-cu
il ərzində ümumi tarif gəlir gəlirinin 2008-ci illə müqayisədə 299 min
399 manat (ƏDV-siz) artaraq 4 milyon 672 min 799 manat təşkil etdiyini
vurğulayan nazir ötən ilin texniki-iqtisadi göstəricilərinin yekunları,
muxtar respublikanın rabitə və informasiya kommunikasiya sektorunda
görülən işlər haqqında ətraflı məlumat verib.
Naxçıvan
Muxtar Respublikasının telekommunikasiya əlaqələrinin alternativliyinin
təmin olunması məqsədilə Naxçıvan-Türkiyə-Gürcustan-Bakı istiqamətində
optik kabel üzərindən STM 16 səviyyəli rabitə kanallarının, həmçinin
Naxçıvan-İran-Bakı istiqamətində yeni STM 16 səviyyəli
telekommunikasiya əlaqələri təşkil edilməklə kəsintisiz dairəvi şəbəkə
yaradıldığını qeyd edən nazir muxtar respublikaya daxil olan internet
kanalının həcminin 2009-cu ildə əlavə olaraq 155 Mb/saniyə
artırıldığını bildirib.
R.
Məmmədov çıxışında muxtar respublikada fəaliyyət göstərən 6 nazirlik və
təşkilat arasında elektron sənəd dövriyyəsinin həyata keçirilməsi üçün
“mail server”in işə salındığını, 3 təşkilatda yeni “Qaynar xətt” telefon
sorğu xidmətlərinin istifadəyə verildiyini deyib, Naxçıvan Dövlət
Universitetində CİSCO texnologiyaları əsasında yaradılan “Wi-Fi”
internet şəbəkə siseminin qurulması, “Naxtel” simsiz rabitəsinin əhatə
dairəsinin genişləndirilməsi və digər istiqamətlərdə həyata keçirilən
tədbirlərdən danışıb.
İclasda
Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi üzrə 2009-cu il ərzində rüblər üzrə “Tədbirlər planı”nın icra
vəziyyəti, nazlirlik və tabe müəssisələrdə kargüzarlıq işlərinin və
vətəndaşlardan daxil olmuş ərizə və müraciətlərə baxılma vəziyyəti ilə
bağlı çıxışlar dinlənilib, müzakirələr aparılıb.
Sonra
kollegiya iclasının qərar layihəsi oxunulub. Qərar səsə qoyularaq qəbul
edilib. Qərara əsasən Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi üzrə 2010-cu ilin proqnoz-plan tapşırıqları,
xərclər smetası, görüləcək işlərə dair müzakirəyə çıxarılmış tədbirlər
planı əlavə və dəyişikliklər nəzərə alınmaqla təsdiq edilib.
Sonda kollegiya
iclasına yekun vuran Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya
Texnologiyaları naziri Rövşən Məmmədov qarşıda duran vəzifələrdən
danışıb. O, muxtar respublika rabitəçilərinin bütün potensial
imkanlarından istifadə edərək 2010-cu ildə də qarşıya qoyulan
vəzifələrin layiqincə yerinə yetiriləcəyinə əminliyini bildirib, rabitə
və informasiya texnologiyaları sektorunda çalışanlara gələcək
fəaliyyətlərində uğurlar arzulayıb.
Mənbə:
Naxçıvan MR RİTN - Mətbuat Xidməti
|