|
Vüsal Mehdiyev,
Naxçıvan
Sual:
Mənzilə simli telefon çəkdirmək üçün nə qədər pul məbləği ödəməliyəm?
Cavab:
İstənilən
abonent muxtar respublika ərazisində şəhər və rayon rabitə idarələrinə
müraciət etməklə sadə prosedurla mənzilinə
simli telefon çəkdirə bilər. Bunun
üçün vətəndaşdan tələb olunan məbləğ 120 manat dövlət rüsumudur.
Sərxan Zeynalov, Şərur
Sual:
Lənkəran şəhərinə pul göndərmək
istəyirəm. Maksimum nə qədər pul baratı göndərə
bilərəm?
Cavab:
Naxçıvan Muxtar
Respublikası ərazisində yerləşən poçt şöbələrində baratların qəbulu və
ya göndərilməsi zamanı pul baratının məbləği üçün hər hansı
məhdudiyyət yoxdur. Vətəndaşlar qısa zaman kəsiyində istənilən məbləğdə pul
baratını Azərbaycanın bütün bölgələrinə və dünyanın əksər bölgələrinə
göndərə və ya qəbul edə bilərlər.
Samirə Əliyeva, Naxçıvan
Sual:
Mən Naxçıvan şəhərində yaşayıram.
Burada Rusiyanın qəzetlərinə necə abunə yazılmaq olar?
Cavab:
Naxçıvan Şəhər
Mərkəzi Poçt və paytaxt ərazisində yerləşən poçt bölmələrində Rusiya
mətbuatının nümunələrinə abunə yazılması mümkündür. Bunun üçün müvafiq
prosedura əsasən bir ay əvvəlcədən müraciət olunmalıdır. Hər bir
vətəndaş muxtar respublika ərazisində mətbuat yayımı şöbələrində mətbuat
orqanlarının abunə kataloquna əsasən seçim edə bilər. Həmin kataloqda
abunə yazılışının həyata keçirilməsi mümkün olan 279 adda Rusiya mətbu
nümunələrinin adları yer alıb.
Taleh Nəsirov, Sədərək
Sual:
“0” kodunu açdırmaq üçün nə qədər
pul məbləği ödəməliyəm?
Cavab: Naxçıvan Muxtar Respublikası ərazisində 01.09.09 tarixindən
etibarən abonentlərdən “0” və “00”, yəni şəhərlərarası və beynəlxalq
danışıq kodunu aktiv etmək üçün heç bir rüsum ödənilməsi tələb
olunmur.
Sizi maraqlandıran suallarınızı aşağıdakı forma yazaraq bizə çatdıra
bilərsiniz.
|